Qondarma Abxaziyanın baş naziri yol qəzasında öldü

Qondarma Abxaziyanın baş naziri yol qəzasında öldü

Abxaziyanın baş naziri Gennadi Qaquliya yol qəzasında dünyasını dəyişib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV respublika hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qəza Abxaziyada Myusser postu ərazisində qeydə alınıb. İlkin məlumata görə, baş nazir xəstəxanada keçinib. Başqa heç kimin xəsarət almadığı bildirilir.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Xatırladaq ki, 71 yaşlı G.Qaquliya 1995-1997 və 2002-2003-cü illərdə Abxaziyanın baş naziri olub. Bu ilin 25 aprelindən o, yenidən həmin vəzifəni icra etməyə başlamışdı.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə