Ən çox izlənən videolar

Gizli gəlir – (VİDEO)

“Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı dəbdəbəli həyatı barədə təfərrüat üzə çıxdıqdan sonra Azərbaycanda 13 il əvvəl qəbul edilən və icrasna başlanılmayan “Gəlir deklarasiyası haqqında” qanun yenidən gündəmə gəlib. 

Vəzifəli şəxslərdən gəlir deklarasiyasiyasının tələb edilməsini nəzərdə tutan “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanun 2005-ci ildə Milli Məclis tərəfindən qəbul edilib. Elə həmin il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəli şəxslərin gəlirlərinin deklorasiya qaydalarının müəyyən edilməsi ilə bağlı sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə iki ay vaxt verib. Həmin iki ay artıq 13 ilə çevrilib və qaydalar hazırlanmayıb. 

Ekspertlər hesab edirlər ki, gəlir deklarasiyası haqqında qanunun icrasına başlanılmaması ölkə iqtisadiyyatına zərbə vurur, şəffaflığı azaldır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan gəlir deklarasiyası qaydalarının təbiq edilmədiyi azsaylı ölkələrdən biridir:

Qanunverici orqanın – Milli Məclisin üzvləri də parlament tərəfindən qəbul edilmiş qanunun hələ də icra olunmamasından narahatdırlar.

Bu kateqoriyadan digər videolar
Digər videolar