Ən çox izlənən videolar

Milli Məclisin plenar iclasında büdcə müzakirələri - VİDEO (YENİLƏNİB)

 Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb. 

REAL-ın məlumatına görə, müzakirələrdə baş nazir Novruz Məmmədov da iştirak edir. 

 

***

11:00

Büdcə zərfi parlamentin plenar iclasında  müzakirəyə çıxarılır

Milli Məclisin bu gün keçiriləcək plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılacaq. 

REAL-ın məlumatına görə, “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Büdcə zərfi noyabrın 13,14,15,23 və 30-da müzakirə olunacaq. 

Bu kateqoriyadan digər videolar
Digər videolar