Ən çox izlənən videolar

Səudiyyə Ərəbistanından Azərbaycan prezidentinin təşəbbüsünə dəstək - VİDEO

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil-qərargahında Səudiyyə Ərəbistanının Əmək və sosial inkişaf naziri Əhməd Əl-Rachi Səudiyyə Hökuməti adından İƏT Əmək Mərkəzinin Nizamnaməsini imzalayıb. Beləliklə, Türkiyə və Azərbaycandan sonra Səudiyyə Ərəbistanı Mərkəzin nizamnaməsini imzalayan 3-cü ölkə olub.

REAL xəbər verir ki, imzalama mərasimində İƏT Baş katibi Yusif Əl-Useymin və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İƏT yanında daimi nümayəndəsi Şahin Abdullayev iştirak ediblər.

Xatırladaq ki, mənzil-qərargahı Bakıda olacaq İƏT Əmək Mərkəzinin yaradılması təşəbbüsü İƏT Əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilmiş 2-ci sessiyası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Bu kateqoriyadan digər videolar
Digər videolar