Ən çox izlənən videolar

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb (VİDEO)

Banqladeşin “US-Bangla” özəl aviaşirkətinin sərnişin təyyarəsi Katmandu beynəlxalq aeroportu yaxınlığında qəzaya uğrayıb. Bu barədə “Katmandu Post” qəzeti məlumat yayıb.

Real TV AZƏRTAC-a istinadən xəbər verir ki, qəzetin məlumatına görə, təyyarə eniş zamanı aeroportun şərqindəki futbol meydançasına düşüb.

Qəzadan dərhal sonra təyyarə yanmağa başlayıb. Hakimiyyət orqanları qəza nəticəsində ölənlərin olduğunu ehtimal edirlər. Lakin bununla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

 

Bu kateqoriyadan digər videolar
Digər videolar