Ən çox izlənən videolar

Sürüşmə zonasında uçqunun baş verdiyi an (VİDEO)

Badamdarda sürüşmənin üst hissəsində uçqunlar baş verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan  Qərargahdan REAL-a verilən məlumata görə sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.

Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Bu kateqoriyadan digər videolar
Digər videolar