Ən çox izlənən videolar

"Qalatasaray" finalın bir addımlığında

Türkiyə Kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib. REAL TV xəbər verir ki, “Qalatasaray” səfərdə “Akhisar”la qarşılaşıb. Oyunun gedişində 0:1 hesabı ilə geri düşən “cimbom” son dəqiqələrdə vurduğu qolla əzmkar qələbə qazanıb. Matçın başa çatmasına 2 dəqiqə qalmış Sinan Gümüşün vurduğu qol aslanların qələbəsini təmin edib.

Qeyd edək ki, yarımfinalın digər matçında “Fənərbaxça” ilə “Beşiktaş” qarşılaşacaq.

 

Türkiyə Kuboku

Yarımfinal (ilk oyun)

“Akhisar” – “Qalatasaray” – 1:2

Qollar: Seleznyov, 19 – Ahmet Çalık, 21, Sinan Gümüş 88

 

Bu kateqoriyadan digər videolar

1-8+

Digər videolar