Ən çox izlənən videolar

Bakıda sərnişinləri təhlükəyə atan daha bir avtobus sürücüsü - VİDEO

Bakının avtobus nəqliyyatında yol hərəkəti qaydalarını pozaraq sərnişinlərin həyatını təhlükəyə atan, eləcə də digər nəqliyyat vasitələri üçün təhlükə yaradan sürücülərlə bağlı məlumatlara mətbuatda tez-tez rast gəlinir. Belə hallarla mübarizə gücləndirilsə və qaydalara hörmətsizlik edən sürücülər cəzalandırılsa da, avtobus sürücülərinin qayda pozması halları hələ də mövcuddur. 

Belə hadisələrdən biri sentyabrın 19-da Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. 211 saylı marşrut üzrə hərəkət edən 10 TF 967 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobus səhər saatlarında - nəqliyyatın gur vaxtında bir neçə dəfə qarşı hərəkət zolağına çıxmaqla təhlükəli vəziyyət yaradıb. 

REAL hadisəni əks etdirən həvəskar görüntüləri təqdim edir. 
 

Bu kateqoriyadan digər videolar
Digər videolar