Ən çox izlənən videolar

“Gəmiçilik -160 il” adlı fotoqalereya açılıb (VİDEO)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Bakı Metropoliteni”nin birgə təşkilatçılığı ilə metronun “Gənclik” stansiyasında gəmiçilik 160 il mövzusunda fotoqalereya açılıb.

Bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar. 

Sərgidə müxtəlif arxivlərdən əldə olunan nadir fotolar nümayiş olunur. Bu fotolar həm Azərbaycan, həm də Rusiyanın arxivlərindən əldə olunub.

Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi isə gələn aya təsadüf edir. 

Qeyd edək ki, sərgi ilin sonuna qədər metronun “Gənclik” stansiyasında nümayiş olunacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar