Ən çox izlənən videolar

Muğamın xanı (VİDEO)

Dünyaya İsfəndiyar kimi gəldi, dünyada Xan kimi qaldı. Xan Şuşinski kimi tanıyıb, sevdik onu. Gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək qorudu, Azərbaycan musiqisinin gerçək Xanı oldu.

Əsl adı İsfəndiyar olan sənətkara Xan adının verilməsinin maraqlı tarixçəsi var. Balaca İsfəndiyarın ustadı öz dövründə “Segah İslam” kimi tanınan İslam Abdullayev onu Ağdamın Novruzlu kəndində qurulmuş bir məclisə aparır. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” üzünü İsfəndiyara tutub deyir: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”. İsfəndiyar Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Amma ustadının sözünü də yerə sala bilmir.

“Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar öz ifası ilə məclis əhlini heyrətləndirir, yerdən səslər eşidilir: “Əsl xan elə bu imiş ki!”. İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: “Bu gündən sən oldun Xan”.

Bu kateqoriyadan digər videolar
Digər videolar