Ən çox izlənən videolar

“Mardan”dan qol səsi çıxmadı

Futbol üzrə Azərbaycan yığma komandası Antalya hazırlığı çərçivəsində Moldova millisi ilə yoxlama matçı keçirib. Qarşılıqlı hücumlar şəraitində keçmiş oyun qolsuz bərabərliklə yekunlaşıb.

Azərbaycan – Moldova - 0:0

Hakimlər: Hüseyin Göçek, Bahattin Duran, Tarık Onqun, Barış Şimşək

“Mardan” stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizli, 25. Elvin Yunuszadə, 18. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 10. Ruslan Qurbanov, 21. Təmkin Xəlilzadə, 8. Bəhlul Mustafazadə, 28. Cavid İmamverdiyev, 29. Anton Krivotsyuk, 3. Maqomed Mirzəbəyov, 17. Rəhman Hacıyev, 9. Emin Mahmudov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, Azərbaycan və Moldova 10-cu dəfə üz-üzə gəlib. Yubiley duelinədək 2 qələbə qazanıb, 4 heç-heçə edib, 3 dəfə uduzan komandamız növbəti dəfə bərabərliyə razılaşıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar