Ən çox izlənən videolar

Rusiya ilə Birləşmiş Ştatlar arasında gərginlik

Rusiya ABŞ-a məxsus kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün havaya SU-27 qırıcısını qaldırıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Qara dəniz üzərindən Rusiya sərhədlərinə sürətlə yaxınlaşan bir təyyarənin təsbit edilməsindən sonra Rusiya bölgəyə ən yaxın bazadan SU-27 qırıcısını havaya qaldırıb.  

ABŞ-a məxsus EP-3E Aries II tipli kəşfiyyat təyyarəsi Rus qırıcısının havalanmasından sonra istiqamətini dəyişərək sərhəddən uzaqlaşıb.

ABŞ-ın Avropa Donanması məsələ ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, EP-3E kəşfiyyat təyyarəsi Qara dənizdə, beynəlxalq hava məkanında uçarkən Rusiyanın SU-27 qırıcısı ilə qarşılaşıb: “SU-27-nin EP-3E təyyarəsinə 5 fit məsafəyə qədər yaxınlaşması və EP-3E-nin SU-27-nin quyruq türbülansında uçması səbəbindən təhlükəli vəziyyətin yarandığını düşündük”.  

Qeyd edək ki, 2 saat 40 dəqiqə havada gərginlik yaşanıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar