Ən çox izlənən videolar

Messi “Alaves”i “cərimələdi” - Video

Futbol üzrə İspaniya çempionatının 21-ci turu "Barselona" öz meydanında "Alaves"i qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Matçda hesabı qonaq komandanın futbolçusu Yon Qvidetti açıb.

Kataloniyalılar məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola biliblər. Suares qapını dəqiq nişan alıb. “Barselona”nın qələbə topunu isə 84-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən vurub.

Yeri gəlmişkən, "Tottenhem"dən transfer olunan yarımmüdafiəçi Filippe Koutinyo matçda debüt edib və 66-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda "Barselona" 57 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar