Ən çox izlənən videolar

2017-ci ilin ən yaxşı musiqi albomu seçildi

ABŞ səsyazma şirkətləri assosiasiyası tərəfindən təsis olunan, Amerika səsyazma akademiyası tərəfindən təqdim edilən musiqi mükafatının “İlin albomu” və “İlin mahnısı” nominasiyasına Bruno Marsın “24 K” albomu və alboma daxil olan mahnısı layiq görülüb.

Qeyd edək ki, “24 K Magic” albomu “R&B stilində ən yaxşı albom”, “Ən yaxşı qeyri-klassik albom”, orada olan mahnı isə “ilin ən yaxşı səs yazısı” seçilib.

“Grammy” mükafatının 60-cı təqdimat mərasimi Nyu-Yorkda baş tutdu.

“Ən yaxşı albom” adı uğrunda eyni zamanda Kendrika Lamaranın “Damn”, Çayldiş Qambinonun “Awaken, My Love!”, Cey-Zinin “4:44”, Yeni Zelandiyalı ifaçı Lordun “Melodrama” albomları mübarizə aparırdı.

Gecəyə Lady Gaga, Sem Smit, Pink, Ed Şiranın da performansları ilə damğasını vurub.

Bu kateqoriyadan digər videolar
Digər videolar