Ən çox izlənən videolar

Knesset “erməni soyqırımı”nı yenə tanımadı - VİDEO

Ötən gün “Merets” partiyası İsrail knesetində qondarma erməni “soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib.

Lakin parlament çoxluğunun və Azərbaycanın dostlarının təzyiqi altında təşəbbüs bu dəfə də təşəbbüs olaraq qalıb.

Azərbaycan-İsrail beynəlxalq assosiasiyasinin baş direktoru Lev Spivak REAL-a açıqlamasında bildirib ki, ermənilər “qondarma soyqırı”mı ancaq İsraildə deyil, bütün dünyada tanıtmaq istəyirlər, İsrail onlar üçün bütün dünyada qapıları açan bir açardır:

“İsrail “qondarma soyqırım”ı tanıyarsa bu ideyanın dünyada daha geniş yayılması üçün növbəti bir fürsət yaranacaq. Dünyada ən böyük soyqırım yaşayan İsrail bu məsələni tanıyarsa, başqa ölkələrin “qondarma soyqırımı” tanınmamaq üçün səbəbləri qalmayacaq. Artıq uzun illərdir ki, Ermənistan soyqırım məsələsini İsraildə gəniş şəkildə təbliğ edir. Bu təbliğat kampaniyasına külli miqdarda vəsaitlər ayrılır, bu işə peşakar reklam mütəxəsisləri cəlb olunur”.

Xatırladaq ki, az öncə İsrail-Türkiyə münasibətləri növbəti dəfə pozulan zaman Knessetin bir sıra deputatları bu qanun layihəsinin qəbul edilməsinə çağırmışdılar. Lakin o zaman da İsrailin xarici siyasətindəki Azərbaycan amili güclü çıxmışdı və təşəbbüs dövlətin siyasi elitasında müsbət qarşılanmamışdı.

Bu kateqoriyadan digər videolar
Digər videolar