Ən çox izlənən videolar

Bayram günləri 56 yol qəzası baş verib - VİDEO

Bayram günləri respublikanın avtomobil yollarında 56 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 72 nəfər isə yaralanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Rüfət Quliyev Real TV-yə müsahibəsində bildirib. O, deyib ki, sürücülər bayram günləri yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. Yol qəzalarından ən dəhşətlisi Şamaxıda baş verib. 

Polis mayoru onu da bildirib ki, bayram günləri baş verən qəzalarIn bir neçəsində toqquşmadan sonra avtomobillərin aşması da qeydə alınıb. Bu isə yüksək sürət ehtimalını artırır. Amma yol qəzalarının dəqiq səbəbi aparılan avtotexniki ekspertizaların rəyindən sonra məlum olacaq.

Bu kateqoriyadan digər videolar
Digər videolar