Ən çox izlənən videolar

“Kral öldü"

Futbol üzrə İspaniya çempionatında lider “Barselona”dan 19 xal geri qalan Madridin “Real” klubu ölkə kubokundan da əlini üzüb. Yarışın ¼ final mərhələsində “Leqanes”lə qarşılaşmış kral klubu 1-2 hesablı məğlubiyyətdən sonra mübarizəni dayandırıb.  

Oyunda hesabı “Leqanes” futbolçuları açıblar. 31-ci dəqiqədə Xavyer Eraso gözəl qola imza atıb. 47-ci dəqiqədə “Real” Kərim Benzema ilə hesaba tarazlıq gətirsə də, Qabriel Pirenin qolu qonaq komandanı yarımfinala daşıyıb.

Bu kateqoriyadan digər videolar

1-8+

Digər videolar