Ən çox izlənən videolar

“Kişi sözü” müqavilədən üstündür - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Portuqaliyanın "Eştoril" klubuna keçib.

Almaniya "Ayntraxt"ından ayrılan 19 yaşlı hücumçu potensialını daha da artırmaq niyyəti ilə bu addımı atdığını bildirib.

Almaniya və Azərbaycan vətəndaşlığına malik Dadaşov yeni komandaya transferini belə şərh edib: "Eştoril"də olmaqdan çox xoşbəxtəm. Ümidvaram ki, hamımız üçün unudulmaz mövsüm keçirəcəyik".

Renat Dadaşov Azərbaycanın əsas millisi ilə yanaşı, 21 və 20 yaşadək futbolçulardan ibarət yığmalarına da dəvət alır.

O, U-21-in Macarıstanla iyunun 8-də keçirdiyi görüşdə qollardan birinin müəllifi olub.

Görüş isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Dadaşovun 2017-ci ilin yayında "Ayntraxt"la peşəkar futbolçu kimi 3 illik müqavilə bağlayıb.

Lakin gənc futbolçu intizamsız davranışı üzündən heyətdən kənarlaşdırılıb.

Bu kateqoriyadan digər videolar

1-8+

Digər videolar