Ən çox izlənən videolar

45 yaşlı şirkət Bakıda yeni mağaza açdı - VİDEO

1973-cü ildə Karaca qardaşlarının İstanbulda qurduqları balaca şirkət bu gün dünyanın bir çox ölkələrində uzun illərdir fəaliyyət göstərir.

Karaca ailəsinin adı verilən “Karaca” şirkəti ilk illərdə dünyanın məşhur məhsullarının topdan satışı ilə məşğul idi və həmin məhsulların Türkiyədə paylanmasını həyata keçirirdi.

“Karaca” şirkətinin idarə heyətinin sədri Arif Karaca deyir ki, 3 qardaşı ilə gücünü birləşdirməsəydi şirkət uğur qazanıb dünyada tanınmazdı.

2009-cu ildən Azərbaycanda müştərilər “Karaca” markası ilə tanış olur. Ölkənin böyük şəhərlərində Bakı, Gəncə və Naxçıvan Muxtar Respublikasında şirkətin filialları açılır.

Bu gün isə “Karaca”nın paytaxtın Nərimanov rayonunda daha bir mağazasının açılışı olub. Bununla da Azərbaycanda fəaliyyət “Karaca” mağazalarının sayı 9-a çatıb.

Açılışda “Karaca Azərbaycan”ın birektoru İsmayıl İsmayılzadə bildirdi ki, yeni açılan mağazada satılan məhsulları kredit yolu ilə əldə etmək mümkündür.

Açılışda 100 ən yaxşı müştəriyə “Karaca” şirkətinin məhsulları hədiyyə edilib. Hədiyyələr müştərilər arasında lotereya yolu ilə bölüşdürüldü.

Müştərilər də aldıqları hədiyyələrdən razı qaldıqlarını və uzun illərdir ki, “Karaca” məhsullarına etibar etdiklərini bildirdilər.

Bu kateqoriyadan digər videolar
Digər videolar