Ən çox izlənən videolar

Sülh göyərçini (VİDEO)

Fransadan 10 km qərbdə yerləşən Sen Klu məzarlığında Cümhuriyyətin iki ünlü siması və onların ailə üzvləri uyuyur. Biri Əlimərdan bəy Topçubaşovdur, digəri Ceyhun Hacıbəyli. Əlimərdan bəy Topçubaşov 1919-cu ildə müstəqil cümhuriyyəti Paris sülh Konfransında tanıtmaq üçün Fransaya gələn nümayəndə heyətinin sədri idisə, Ceyhun bəy Hacıbəyli tərcüməzçi müşavir idi. Əlimərdan bəy haqqında yaxın günlər Real TV-nin efirində "Topa tutulan baş" filimində danışacağıq, bu gün bu süjetdə sizə Ceyhun Hacıbəylidən danışacam. Azərbaycan Xalq Cümhuriyyətinin ən işıqlı simalarından biri Üzeyir Hacıbəyovun qardaşı Ceyhun Hacıbəylidən.

Ceyhun Hacıbəyli Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Sarbon Universitetini bitirmişdi. 1919-cu ildə tərcüməçi-müşavir kimi Paris Sülh konfransına gələn nümayəndə heyətinin tərkibinə də ona görə salınmışdı ki, o bu universitetin məzunuydu və fransız dilini mükəmməl bilirdi. 

Parisin Sarbonna Universiteti özü sanki böyük bir şəhərdir və bu universitetdə təhsil almaq bu gün bəlkə də çoxlarının ən böyük arzusudur. Amma gör neçə azərbaycanlıya bu xoşbəxtlik bir əsr əvvəl qismət olmuşdu. Onlardan biri də Ceyhun Hacıbəyli idi.O Peterburq Universitetini hüquq hüquq fakültəsini bir il təhsil aldıqdan sonra bura-Fransanın Sarbonna Universitetinin siyasi biliklər fakültəsinə dəyişmişdi.

Amma o ən yaxşı sadə camaatın dilini bilirdi. Ceyhun Hacıbəyli Paris Sülh konfransına gedənə qədər jurnalist fəaliyyəti ilə məşğul olub. Xüsusilə Daqestanskiy imzası ilə yazıb. “Pristav ağa” felyetonu onun necə bir qələm sahibi olduğunu göstərib. Amma müstəqil Cümhuriyyətin yaradılması ilə biz onu dövrün ən populyar müstəqil qəzetinin başında görürük.

Cəmi 1 il sonrakı missiya isə müstəqil Azərbaycanı tanıtmaq idi. Ceyhun Hacıbəyli tərcüməçi müşavir kimi nümayəndə heyətinin tərkibində Parisə gedəndə ailə üzvlərinə demişdi ki, ağlamayın, cəmi iki aydan sonra dönəcəm. Amma bu mümkün olmadı. Sovet hakimiyyəti müstəqil cümhuriyyəti devirdi. Ceyhun Hacıbəylinin həyat yoldaşı Zöhrə xanım iki yaşlı oğlu ilə Fransaya, həyat yoldaşının yanına gedə bildi. nə vaxtsa Azərbaycana dönə biləcəkləri ehtimalı ilə. Amma bu onlara heç vaxt qismət olmadı. Düzdür, Stalinin simpatiya bəslədiyi Üzeyir Hacıbəyov dəfələrlə qardaşı Ceyhuna məktub yazaraq onun təhlükəsizliyinə təminat verdi. Sən gəlsən, mən onlarla danışaram deyə.

Amma Ceyhun Hacıbəyli ömrünün sonuna qədər öz əqidəsinə sadiqlik nümayiş etdirdi. O, Fransa mətbuatı ilə əməkdaşlıq edirdi, Parisdə fransızca çıxan Qafqaz, Münhendə azərbaycanca çıxan Azərbaycan jurnallarının redaktoruydu. Paris Hərbi Akademiyasının məzunu olan və öz adını daşıyan böyük oğlunu ikinci dünya müharibəsində itirən Ceyhun Hacıbəylinin yeganə təsəllisi ikinci oğlu Timuçin olub.

1993-cü ildə dünyasını dəyişib. Məzarı Sen Kludadır. Bu daşın altında həm atası Ceyhun Hacıbəyli, həm anası Zöhrə xanım, həm qardaşı Ceyhun, həm də özü yatır. Həyat yoldaşı Paskal Hacıbeyli Buşe Real TV-yə müsahibəsində Hacıbəylilərlə bağlı maraqlı açıqlamalar verib. Sabah bu haqda danışacağıq. Azərbaycandan olub Azərbaycana həsrət qalan nisgilli ömrün detallarından.

Ləman Ələşrəfqızı
Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar