Ən çox izlənən videolar

Laçının işğal günü (VİDEO)

İllərin sözüdür. Köhnə sözdür. Uşaq olanda böyüklərdən kimsə filankəsin “Laçın vaxtları idi” sözünü deyəndə bunun mənasını bilmirdik.
Amma bildiyimiz bir şey var idi ki nəsə yaxşı sözdür. Gurultulu səslənir axı. Amma illər ötdü, biz də o vaxta - Laçın vaxta çatanda gördük ki, insanın ən gözəl ən gənc vaxtlarında deyilirmiş bu söz.
O vaxt heç kimin də ağlına gəlməzdi ki, Laçından danışanda laçın vaxtlardan danışacağıq. Laçının laçın vaxtlarından.
Bu gün yenə Laçını andıq. 26 ildir ki, Laçınsız doğulur, Laçınsız böyüyür, Laçınsız torpağa tapşırılır laçınlılar.
Bu gün şəhidlər xiyabanında Laçın yad olundu. Böyükdən kiçiyə hamı bura toplaşdı.

Laçın uğrunda gedən döyüşlərdə şəhid olanları andıq.

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 26 il keçdi. Laçın dəhlizindən keçmədiyimiz 26 ili tamam etdik.
Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına inanır. 
 

Bu kateqoriyadan digər videolar
Digər videolar