Ən çox izlənən videolar

68 illik tarixi yazışmalar (VİDEO)

Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularindan biri görkəmli dövlət və ictimai siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövründə yazdığı 29 məktub Azərbaycana gətirilib.

Qeyd edək ki, Rəsulzadə məktubları azərbaycanlı mühacir, ədəbiyyatçı, jurnalist və publisist kimi fəaliyyət göstərən Süleyman Təkinərə mühacirətdə olduğu illərdə yazıb.

Yazıçının qızı isə bu məktubları Azərbaycan Tarixi muzeyinə Cümhuriyyətin 100 illiyi münasibəti ilə hədiyyə edilib.

68 illik tarixi yazışmaları özündə əks etdirən məktublar mühacir həyatı yaşayan Süleyman Təkinərin ailəsi tərəfindən qorunaraq saxlanılıb. 

Süleyman Təkinərin qızı Firəngiz Leyla Təkinər deyir ki, atasının ən böyük arzuları Azərbaycanı bütöv bir şəkildə görmək olub.

Hər biri özündə böyük tarix yaşadan məktublar Milli Azərbaycan Tarixi muzeyində geniş şəkildə ictimaiyyət nümayəndərlərinə təqdim edildi. Daha sonra isə tarixi kadrlar nümayiş olundu.

Kamil Eldaroğlu

Bu kateqoriyadan digər videolar
Digər videolar