Ən çox izlənən videolar

HavadASAN viza (VİDEO)

Bu gündən "ASAN Viza" özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev adına beynəlxalq hava limanında əcnəbilərə vizaların verilməsinə başlanıldı.

Bu məqsədlə quraşdırılmış "ASAN Viza" özünəxidmət terminallarında xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Hazırda Heydər Əliyev hava limaninda "ASAN Viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir.

Azərbaycan prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyinin sədri Ülvi Mehdiyev sözlərinə görə növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN Viza" sisteminə keçəcək.

Azərbaycan vətəndaşları ölkədən çıxan zaman "ASAN Viza" sistemindən istifadə edə biləcəklər. Hazırda bununla bağlı işlər aparılır.

"ASAN Viza" portalı vasitəsilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. "ASAN Viza" portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransiz, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 aprel toplantısında hava limanlarında vizaların verilməsinin asanlaşdırılmasına dair tapşırıqlar vermişdi.

Ölkə başçısı bu sahədə təkmilləşmə işlərinin aparılmasına ehtiyac olduğunu, Azərbaycana gələn turistlərin hava limanında asanlıqla viza almasının zəruri olduğunu tapşırmışdı.

Kamil Eldaroğlu
Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar