Ən çox izlənən videolar

Gürcüstanın daxili işlər naziri üzr istədi (VİDEO)

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya etiraz aksiyasının təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının üzvləri ilə görüşdən sonra onların qarşısında üzr istəyib.

Real TV xəbər verir ki, G.Qaxariya həmçinin aksiya iştirakçılarına müraciət edərək onları təhqir etdikləri polis əməkdaşlarından üzr istəməyə çağırıb.

“Mən yalnız öz adımdan üzr istəmirəm. Əgər DİN-nin hər hansı bir nümyəndəsi siz və sizin təhlükəsizliyinizə risk yaradıbsa, onların yerinə də üzr istəyirəm”, - deyə nazir bildirib.

Bu arada Tiflisdə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya müvəqqəti dayandirilib. 

Aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.

O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.

Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.

Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar