Ən çox izlənən videolar

Dünya barıt çəlləyinə dönüb (VİDEO)

Amerika generalı Ben Hodges “Rusiya güclü dövlətdir, amma elə güclə də anlayır” deyə bildirib. Generalın sözlərinə görə Rusiya ilə danışıq stolu arxasında oturmaq mənasızdır.

Polşanın TVN24 telekanalına müsahibəsində Hodges qeyd edib ki, NATO blokunun güc numayış etdirməyəcəyi təqdirdə Amerika başda olmaqla alyans ölkələri Rusiyanın aqressiyası ilə üz-üzə qalacaq.

NATO hərbi araşdırmalar bölməsinin analitiki Dieqo Ruis Palmer də son illər Rusiyanın hərbi gücünü artırmağa başlamasının ciddi təhlükə yaratdığını deyib.

O, Rusiya yaxın yerləşdirilən NATO hərbi bazalarının güc və imkanlarını daha da artırmağın vacib olduğunu deyib. Şimali Atlantika Alyansının Rusiya sərhədlərinə hər tərəfdən yaxınlaşması haqda daim həyacan təbili çalıb, əks ideoloji həmləyə keçən Rusiya dünyada baş verən son ciddi çəkişmələrin fonunda nədənsə çox susqun dayanıb.

Bu, Rusiyanın Qərbin, NATO-nun güc müstəvisində bu ölkəni küncə sıxması ilə də bağlı ola bilər, Rusiyanın Avropa güclərinə qarşı yeni həmlə ərəfəsində nəfəsdərməsi də.

Amma həqiqət budur ki, NATO son vaxtlar Rusiyaya qarşı ünvanlanan hərbi tədbirləri, təlimlərin intensivləşdirib. Təkcə aprel ayı ərzində alyans Pribaltika dövlətləri, Polşa, Rumıniya ərazisində onlarla irimiqyaslı təlim keçirib.

Mayın 3-də Qaradənizdə başlayan “Dəniz qalxanı” kod adlı təlimsə bu gün də davam etməkdədir. Türkiyə də daxil olmaqla 7 ölkədən 2300 hərbi qulluqçunun cəlb olunduğu təlimlərə 21 döyüş gəmisi, 10 qırıcı təyyarə, bir sualtı qayıq çıxarılıb.

Rusiya sərhədlərində təlimlərə geniş meydan açan NATO rəhbərliyi bu ölkənin dezinformasiya, kiberterror hücumları və hibrid müharibə cəbhəsində də böyük təhlükə olduğunu deyərək qabaqlayıcı tədbirlərin görüldüyünü bildirir. Rusiya isə hələlik sərhədləri ilə birgə susqunluğunu da qoruyub saxlayır. Susmaqsa heç də həmişə razılıq əlaməti olmur.

Rahib Qərib
Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar