Ən çox izlənən videolar

ORDUMUZ İRİMİQYASLI ƏMƏLİYYATA HAZIRDIR (VİDEO)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi xəbərdarlıq ünvanlanaib.

Müdafiə nazirinin müavinləri, qoşun komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin toplandığı müşavirədə Müdafiə naziri ordu komandanlığının nümayəndələrinə konkret tapşırıqlar verib. Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirən general-polkovnik Zakir Həsənov bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır. Nazir cəbhədəki mövcud vəziyyəti təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib

Bu kateqoriyadan digər videolar
Digər videolar