Ən çox izlənən videolar

ATƏŞİ-ŞİKƏST

Azərbaycan üçün olduqca çətin bir gündə, çətin bir tarixdə bağlanıb atəşkəs müqaviləsi. Şuşanın işğalının 2-ci ildönümündə.

1994-cü il mayın 8-də atəşkəsin əldə edilməsi barədə imzalanmış «Bişkek protokolu» mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb. Necə dayandırılıb, nə qədər atəşkəsə nail olmuşuq, əgər əldə edilən atəşkəs idisə o zaman illər ərzində itirdiyimiz oğullar, tökülən qanlar nədir, bu sonra danışacağım söhbətdir. Hələlik Bişkekdə imzalanan müqavilənin mahiyyəti , təşəbbüskarlar, qarşıya qoyulan məqsəddən danışım. Təşəbbüskar Rusiya idi. 1994-cü ilin mayın 4-də məhz Rusiya Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub. Deməli sənədi imzalamalıydı Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə dırnaqarası “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov. A.Cəlilovun sənədi imzalamaqdan imtina etməsi dan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Bakıya ATƏT-in Minsk qrupundakı Rusiya təmsilçisi Vladimir Kazimirov gətirmişdi. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamağı təklif edir. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. Sonralar Vladimir Kazimirov öz xatirələrində belə qeyd etmişdir: Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Sənədə, əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər. 24 il keçdi. Böyük Sülh alınmadı.Deməli Böyük Qələbə haqqında fikirləşməliyik.

Bu kateqoriyadan digər videolar
Digər videolar