Ən çox izlənən videolar

ABŞ-İran gərginliyi (VİDEO)

ABŞ prezidenti Donald Trampın dünyaya meydan oxuyaraq nüvə sazişindən imtinası ilə bağlı açıqlamasına Fransadan sonra Almaniya hökumətindən də açıqlama gəlib.

Rəsmi Almaniya ABŞ-ın nüvə sazişini tərk etməsi barədə qərarına mövqeyini bildirib. Amma daha loyal. Almaniya kansleri Angela Merkel bildirib ki, rəsmi Vaşinqtonun müqaviləni təktərəfli şəkildə tərk etməsi beynəlxalq hüquqa olan etibarı məhv edir. 

Onun sözlərinə görə, ABŞ-ın sazişi tərk etməsi beynəlxalq ictimaiyyətə zərər vuracaq. Amma Kansler hesab edir ki, ABŞ belə bir qərara gəlsə də, bu, Avropa ilə ABŞ arasında olan əməkdaşlığı sual altına almamalıdır. “Mən transatlantik əməkdaşlıq lehinə çıxışlar etməkdə davam edəcəm” – deyə Merkel qeyd edib.

ABŞ-la siyasi gərginliyin artması fonunda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiyaya səfəri gözlənilir. Rəsmi Moskva ilə görüşdə İranın ali diplomatı nüvə sazişi və İrana qarşı tətbiq oluna biləcək sanksiyalara nə dair danışıqlar aparacaq.

Reportaja daha ətraflı videomaterialda baxa bilərsiniz

Vüsalə Xaməmmədqızı
Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar