Ən çox izlənən videolar

Baş liman seçilən Bakı - EKSKLÜZİV

Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors - IAPH) prezidenti Santiaqo Qarsiya Mila Real TV-yə eksklüziv müsahibə verib.

O, Dünya Limanlar Konfransının (IAPH Baku 2018) regionda ilk dəfə olaraq niyə məhz Bakıda keçirilməsinin səbəbini açıqlayıb.

Bildirib ki, konfransın bu şəhərdə keçirilməsi təsadüfi deyil.

“Bu barədə bir neçə il əvvəl qərar vermişik. Bakı limanında olan əlaqələrimizlə qlobal strategiya, qlobal ticarətdə olan dəyişikləri, İpək Yolu – Bir Kəmər, Bir Yol təşəbbüsünü, Şərqlə Qərbin əlaqələndirilməsi və Bakının burada rolunu müzakirə edirdik. Bu barədə çox məlumatlı idim. Bakı limanının müəyyən etdiyi strategiyanı izləyirdim. Və bu strategiya mənə çox maraqlı gəldi. Düşünürəm ki, bu, dünyanın digər limanları üçün də maraqlı ola bilər. Biz bura bir-birimizi dinləməyə, bir-birimizdən nələrisə öyrənməyə gəlirik. Dünyanın dəyişdiyini görürük. Və Bakı da yaxşı yerlərdən biridir. Gələn il biz Çinə səfər edəcəyik. Bununla müəyyən mənada dairəni tamamlayırıq. Belə ki, bütün bu ideyalar müəyyən mənada İpək Yolu Təşəbbüsü ilə bağlıdır”, - deyə Santiaqo Qarsiya Mila bildirib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar