Ən çox izlənən videolar

Dünya boyda adam (VİDEO)

O Azərbaycan siyasətinin ən uğurlu adamıdır. Heydər Əliyev. Hətta zaman-zaman rəqibləri belə bunu etiraf edəcək qədər böyüklük göstəriblər. Ən Böyüklük isə şəxsən onun özünə məxsus idi. Qəribə xarizmaya malikdi. Ciddi olduğu qədər də mülayim insandı. Böyüklə böyük, uşaqla uşaq.

Amma siyasətin qanunları adama daha çöx böyüklərlə, lap böyüklərlə oturub-durmağı diqtə edir. Siyasət qanunlarını bu qanunları yazanların özündən də artıq bilən biri idi Heydər Əliyev. Hərdən fikirləşirəm ki, görəsən Heydər Əliyev balaca Azərbaycanda yox, məsələn, böyük Amerikada doğulsaydı necə, yenədəmi fərqlənər, yenədəmi dövlət başçısı olardı? Cavabım birmənalıdır. Bəli. Heydər Əliyev Azərbaycan xalqının 20-ci əsrdə bu millətə, bu dövlətə bəxş etdiyi ən uğurlu dövlət adamıdır.

Onun sələfləri hələ 1918-ci ildə müstəqil Azərbaycan dövlətini qursalar da yaşada bilmədilər. Düzdür, tarixi şərait və digər məqamlar buna əngəl oldu. Amma Heydər Əliyev də müstəqil Azərbaycanın başına sakit bir dövrdə keçmədi. O, Azərbaycanın təlatümlü vaxtlarında hakimiyyətə gəldi və öz tarixi missiyasını uğurla başa vurdu. 

Azərbaycan ən mühüm neft kontraktları onun dövründə imzalandı, ölkəyə ən iri xarici sərmayələr də Heydər Əliyevin dövründə qoyuldu.

Amma mən bu gün onun siyasətçi kimi yüksək keyfiyyətlərindən daha çox insan kimi keyfiyyətlərindən danışmaq istəyirəm. O sələflərinə münasibətdir ki, jurnalist araşdırmalarımda dəfələrlə bu məqamlarla qarşılaşmışam. Məsələn, Xalq Cümhuriyyətinin hərbiyyə naziri Səməd bəy Mehmandarovun yeganə oğlunu Azərbaycana Heydər Əliyev gətirdib. Onu Bakıda mənzillə təmin edib. 

Cümhuriyyətin parlament sədri Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin Parisin Sen Klu qəbristanlığındakı məzarı da bəlkə bu gün ələ gəlməyəcəkdi. Bu məsələni də Heydər Əliyev yoluna qoyub. 

1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev Fransaya gəlir. Gələrkən Əlimərdan bəy Topçubaşovun məzarını da ziyarət edir. O vaxt cənab Prezidentə bildirirlər ki, Əlimərdan bəy Topçubaşovun qəbrinin davamiyyət müddəti artıq bitib.

Yəni Fransada belə bir adət var ki, qəbir yerləri müəyyən müddətə adamlara icarəyə verilir. İcarə müddəti bitdikdən sonra qəbirdən sümüklər çıxarılır və yandırılır, yeri isə başqa bir adama satılır. Heydər Əliyev məsələni yoluna qoyur. O, Topçubaşovun və onun ailə üzvlərinin qəbir yerini satın alır.

Belə nəcib keyfiyyətləri idi onu sevdirən də. Və bu keyfiyyətləri özündə daşıyan əməlləri nə bir idi, nə beş. O, Hüseyn Cavidi uzaq Sibirdən Azərbaycana gətirən kişidi. O, ədəbiyyat, sənət adamlarına hər daim qucaq açan kişi idi. İldə azı bir neçə dəfə onu yaradıcı adamlarla bir masa ətrafında oturan, onların problemlərini dinləyən görərdin. 

Siyasətin quru mahiyyəti onun yaradıcı mahiyyətinə zərrə qədər də təsir etməzdi. Bu sərt siyasət adamını bəzən bir mahnı belə kövrəldə bilirdi.

Heydər Əliyevi dünya tanıyırdı. O ən nəhəng siyasət adamlarının yaxın dostu, tərəf müqabili idi. Məncə, qibtə ediləcək bir ömür yaşadı. Adını da tarix mütləq yaşadacaq.

Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar