Ən çox izlənən videolar

Azərbaycanda dini sektaların fəaliyyəti (VİDEO)

"Azərbaycan, müxtəlif dini sektalarin ölkəmizdə qeydiyyatından ehtiyatlanmır".

Bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Real TV-yə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş dini qurumların sənədlərinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxılır və sənədlər yalnız qanunvericiliyə uyğun qaydada hazırlanmadığı təqdirdə qeydiyyatdan imtina edilir.

2009-cu ildən bugünədək 808 dini qurum qeydiyyatdan keçib. 

Onlardan konfessional baxımdan 777-si İslam, 31-i isə qeyri-İslam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Təkcə 2018-ci ildə isə 13 İslam və 3 qeyri-İslam dini icması dövlət qeydiyyatına alınıb.

Müsəlman dini daxilində bəzi radikal qruplarin ölkəmizdə fəaliyyətinə gəlincə, qurum rəsmisi belə hallarda islami dəyərlərdən kənara çıxdıqları üçün onlara qarşı bəzi ideoloji tədbirlər görüldüyünü qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 2250 məscid var. Onlardan 136-sı paytaxda yerləşir. Bununla yanaşı ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Nərmin Babayeva
Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar