Ən çox izlənən videolar

Ərdoğan ABŞ-ı hədələdi: “Doğulmadan məhv edərik”

Türkiyə prezidenti ölkəsinin sərhədində 30 minlik YPG ordusu quracağını açıqlayan ABŞ-a çox sərt reaksiya verib.  Rəcəb Tayyib Ərdoğan "Bizə düşən də bu terror ordusunu doğulmadan məhv etməkdir. Əməliyyatlar tək bir terrorçu qalanadək davam edəcək” deyərək türk silahlı qüvvələrinin hər an əməliyyata başlaya biləcəyini açıqlayıb:

“ABŞ onlara 4800 yük maşını silah göndərib. Nə qurursan qur, o 30 minlik terror ordusu orada səni təmsil edə bilməyəcək və rəzil, rüsvay olacaqsan. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla, qatil sürüləri ilə aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq. Terror təşkilatlarının bazalarında qaldırılan bayraqlarınızı özünüz endirin ki, biz endirib, sizə verməli olmayaq. Terrorçuların üzərlərində olan işarələri sökün ki, terrorçularla birlikdə olan hərbçilərinizi biz torpağa gömmək məcburiyyətində qalmayaq”, - Ərdoğan deyib.

Ərdoğan ABŞ-ı Türkiyəyə müttəfiq kimi yanaşmağa çağırdı: “Mən onlara demişəm ki, biz o terrorçuları yaxşı tanıyırıq, peşman olacaqsınız. İki gün sonra çətinə düşən zaman ABŞ əsgərlərinə ilk silah çevirən qurmaq istədikləri 30 minlik terrorçu ordusu olacaq”.

Bir müddət əvvəl ABŞ Suriyada PYD, YPG –dən ibarət yeni ordu formalaşdırmaq və bununla da Suriyanın şimalındakı terror təşkilatı ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb. Bununla əlaqədar bir həftə əvvəl ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. Artıq ABŞ Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə PKK-nın Suriya qolu PYD,YPG-dən ibarət 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD,YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.

Bu kateqoriyadan digər videolar
Digər videolar