Mir Şahinin vaxtı (VİDEO, 09.12.2018)

Mir Şahinin vaxtı (VİDEO, 09.12.2018)

İlin sonuna az qalır. Adətən belə vaxtların təbiətində bir icmal, bir tədarük, ötüb keçənlərə bir yekun vurmaq ənənəsi  olur. Mən də bunu etmək istəyirəm, amma bir az fərqli, bir az daha dərin. Daha uzağa gedib çıxmaq istəyirəm. Məsələn 1991-ci, 92-ci, 93 və sonrakı illərə. Hardan gəlib hara getdiyimizə qaytarmaq istəyirəm. 

Çünki tarixin, zamanın özünəməxsus qanunları var. Keçmiş tədricən unudulur, xüsusilə insan öz pis günlərini yaddan çıxarmağa daha çox meyillidir, ona görə ki, kompleksi var, məruz qaldığı ağır həyata, ömrünün işgəncəli, məhrumiyyətlərlə dolu anlarına qayıtmağı heç istəmir. Amma biz qaytarmalıyıq. Bu bizim peşə borcumuzdur, vətəndaş mükəlləfiyyətimizdir. Biz o günləri, Azərbaycanın necə müstəqil dövlət olduğunu anbaan, aybaay, ilbəil görən şahidlər imkan verməməliyik ki, tarix unudulsun. Buna heç birimizin haqqı yoxdur.

Bu gün Azərbaycan dünyanın iqdisadi mərkəzlərindən, beynəlxalq ideya-ünsiyyət-təşəbbüs qovşaqlarındandır. Əvvəlcə istərdim ki, bəlkə də artıq hər birimizə adi cari hadisələrdən biri təsiri bağışlayan, əslində isə Azərbacyanın yeni dünya üçün yeni təfəkkür kimi çağırışlara nə qədər açıq olduğunu göstərən, ölkənin çəkisini, məzmununu dəlil-sübutlarla nümayiş etdirən, çox dövlətin sadəcə intizarında olduğu tədbirlərdən birini xatırlayaq.

“Ekspo Mərkəzi”ndə keçirilən XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”i. 20 ölkədən 230 şirkətin iştirak etdiyi beynəlxalq vitrini. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunurdu.

Niyə? Görəsən niyə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya və başqa ölkələr öz nailiyyət və imkanalrını Azərbacyanda nümayişə çıxarıblar? Yəni bu bizə heç nə demir? Deməli Azərbacyan yüksəkliyindən onların daha yaxşı görünmək imkanları var. Prezident İlham Əliyevin elə burdaca “Rossiya-24” kanalına verdiyi müsahibəni xatırlayaq.

Azərbacyanın əhəmiyyətini gözə soxmuruq əlbəttə. Amma razılaşın ki, müxbir sualını İlham Əliyevə elə əvvəlcədən rusca verə bilərdi. Amma o bizim dildə danışdığını vurğulayır, davranışı ilə Azərbacyan liderinin daha çox rəğbətini qazanmağa  çalışır. Görəsən niyə Müsahibəyə baxaq, sonra niyəsini birlikdə araşdıraq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə