Rabitə günü (VİDEO)

Rabitə günü (VİDEO)
Bu gün rabitə işçilərinin peşə bayramıdır

Düz 12 ildir ki, dekabrın 6-sı Azərbaycanda rabitə işçilərinin bayramı kimi qeyd olunur.

2006-cı il dekabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan Rabitə İşçiləri günü rabitə və informasiya texnologiyaları sahəsində çalışan hər kəsi bu günü bayram kimi qeyd etməyə əsas verdi.

Peşə bayramının məhz bu gündə qeyd olunmasının tarixçəsi isə Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Azərbaycanda ilk telefon xətti 1880-ci ildə Qafqaz və Merkuri paraxod şirkəti tərəfindən inşa edilib.

Xətt Cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontorunu Bakı limanında yerləşən Kaspi Neft Cəmiyyətinin kontoru ilə birləşdirirdi.

Bəli, neft, onun daşınması, keyfiyyətli rabitəni diktə edirdi və bu səbəbdən də 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkildi.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə