İlk ünvan portalı istifadəyə verildi (VİDEO)

İlk ünvan portalı istifadəyə verildi (VİDEO)
Portal Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilib

İlk ünvanlı portal istifadəyə verilib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ictimai təqdimat keçirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov qeyd edib ki, portal ünvanla bağlı bütün məlumatları bir yerdə cəmləşdirən vahid platformadır. 

Sayt Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında yaradılıb, yeni və köhnə ünvanlar burada yerləşdirilib.
Bu informasiya resursu Avropada Ünvan Məlumatları İnfrastrukturu prinsipləri əsasında hazırlanıb. Portalın istifadəyə verilməsi prosesində dövlət qurumları, ictimai təşkilatlar və mütəxəssislərlə birlikdə müzakirələr aparılıb.

Gələcəkdə saytın daha da təkmilləşdirilməsi ilə bağlı yeni ideya və fikirlər dəyərləndiriləcək.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə