OPEC ölkələri Trampın istəyinə qarşı çıxdı

OPEC ölkələri Trampın istəyinə qarşı çıxdı
“Qara qızıl”ın hasilatı azaldılacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr Vyanada hasilatın azaldılması ilə bağlı ilkin razılığa gəliblər.

"Reuters”in yaydığı məlumata görə, ölkələr hələlik yekun rəqəmi müəyyənləşdirməyib.

ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinə səslənmişdi. Amerika lideri neft hasilatının azaldılmaması ilə bağlı çağırış etmişdi.

Onun sözlərinə görə, hasilat azaldılarsa dünya bazarlarında “qara qızıl”ın qiyməti yüksələcək.

“Ümid edirəm ki, OPEC ölkələri neft hasilatını indiki səviyyədə saxlayacaq. Bütün dünyanın yüksək neft qiymətlərinə nə ehtiyacı var, nə də istəyi”, - D.Tramp OPEC-in iclasından əvvəl Twitter hesabında yazıb.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih isə neft hasilatını azaltmaq üçün heç kimdən icazə almayacağını bəyan edib.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə