Neft çıxaran ölkələr 175-ci dəfə toplaşdı (VİDEO)

Neft çıxaran ölkələr 175-ci dəfə toplaşdı (VİDEO)
İclasda neft hasilatının azaldılması müzakirə olunub

Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının Nazirlər Şurasının 175-ci iclası keçirilib.

Toplantıda dünən keçirilən OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında neft hasilatının azaldılmasına dair tövsiyəsi, bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunub.

Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə iştirak edib.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə