Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır

Şərifzadə küçəsində hərəkət məhdudlaşdırılır

Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “ASAN xidmət” mərkəzinin qarşısında bu gün saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat ərzində) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən REAL-a bildirilib ki, məhdudlaşdırılma yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədardır.

Qurum vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edir.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə