Türkiyədə siqaretin reklamı tamamilə qadağan edildi

Türkiyədə siqaretin reklamı tamamilə qadağan edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.

Yerli mətbuatın yazdığına görə, yeni qanuna əsasən, Türkiyə ərazisində tütün məmulatlarının reklamı tamamilə qadağan edilir.

Həmçinin tütün məmulatlarının film, videoklip və sosial şəbəkələrdə nümayişi qağadan olunur.

Bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçının hər hansı loqosu və yazısı olmayacaq.

Xatırladaq ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulub. İctimai yerlərdə və qapalı məkanlarda siqaret çəkən şəxs 88 lirə cərimə olunur.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə