Fransanın Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası

Fransanın Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası
Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər

Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.

Etirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.

Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.

Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişçilər arasında yaralananlar və həbs olunanlar var.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə