KOBİA sahibkarlara dəstək verəcək (VİDEO)

KOBİA sahibkarlara dəstək verəcək (VİDEO)
Sahibkarlar müraciət və təkliflərini operativ çatdıra biləcək

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlara dəstək proqramı hazırlanıb.

Bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verdi. 

Sözügedən proqram Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə sahibkarlara təqdim edilib.

Sahibkarlar onlayn platformada müvafiq dövlət orqanları ilə bağlı şikayət, müraciət və təkliflərini agentlik vasitəsilə operativ çatdıra biləcəklər.

Agentlik də öz tərəfindən bu məlumatları müvafiq dövlət orqanlarına çatdıra biləcək.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə