16 min manatlıq oturacaq (VİDEO)

16 min manatlıq oturacaq (VİDEO)
2 bəyanatın tarixçəsi

Azərbaycan çempionatının 13-cü turu çərçivəsində keçirilmiş “Sabah” – “Neftçi” matçından sonra meydan sahibi komanda bəyanatla çıxış edərək flaqman azarkeşlərini stadionda qeyri-etik davranışlarına görə qınamışdı.

Qeyd olunmuşdu ki, stadionda adda-budda görünən azarkeşlər təhqiramiz ifadələrə yol verir və illərdir özünü günə verib suvenirə çevrilmiş oturacaqları sındırır.

Hələ bu da azmış kimi söyüş söyən azarkeşlər qışın oğlan çağında ailəvi şəkildə Əlinə Arenaya gəlmək istəyənləri fikrindən daşındırır.

Əslində “Sabah”ın bu məzmunda bəyanat yayması başa düşülən idi. Amma heç 1 gün keçməmiş “Neftçi” bəyanata bəyanatla cavab verərək öz azarkeşlərini etik kodeksi gözləməyə çağırdı.

Paytaxt klubu bəyanatında təvəqqe etdi ki, azarkeşlər şuluq salıb oturacaqları sındırmasınlar. Çünki bu tərzi hərəkət klubu əlavə xərcə salır.

İkitərəfli dostluq şarjına ancaq əhsən deyib keçdik. Amma 1 gün sonra keçirilmiş İntizam Komitəsinin iclasından sonra əsl söyüş söyən tapıldı. 

Sən demə azarkeşlərə davranış qaydalarını təvsiyyə edən klub öz idman direktoru barədə məlumatsızdı. Komitənin qərarında qeyd olunub ki, “Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanır və klub 16000 manat cərimə olunur.

“Forza Neftçi” fan qrupu da gərək bundan örnək götürərək, stadionlara ancaq avrokubok oyunlarında gedib arxası ot örtüyünə selfi çəkdirib qayıtsın. Söyüş də söyəndə gərək 16 min manatlıq söyəsən. Görünür ki, biri 20-30 manat civarında olan Əlincə Arenanın oturacaqları, Sultanovun oturacağından daha ucuz və daha kövrəkdi.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə