REAL TV Tahir Salahovun ev muzeyində - VİDEOREPORTAJ

REAL TV Tahir Salahovun ev muzeyində - VİDEOREPORTAJ
Muzeydə 800-ə yaxın eksponat nümayiş olunur

“Tahir Salahovun ev muzeyi” Prezident İlham Əliyev sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb. Ev-muzeyi Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb. Görkəmli rəssam Ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var.

Muzeyi gəzdikcə Tahir Salahovun sənət dünyasına qərq olursan. Hansı əsərin daha gözəl, ən yaxşı olduğuna qərar vermək mümkün deyil. Hamısı bir-birindən fərqli. Sözün bütün mənalarında fərqli: fərqli gözəl, fərqli möhtəşəm, fərqli qeyri-adi, fərqli isti, fərqli soyuq, fərqli rəng, fərqli ahəng... Muzeydə diqqəti ancaq Tahir Salahovun əsərləri deyil, onun emalatxanasi və doğulub böyüdüyü zamanın, dövrün nostalgiyasi bəzəyir. 
 

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə