Əməli “Saleh” (VİDEO)

Əməli “Saleh” (VİDEO)
Şəhid Saleh Şahbalayevin ailəsinə də birdəfəlik ödəmə veriləcək

Birdəfəlik ödəmənin şamil olunduğu ailələrdən biri də şəhid Saleh Şahbalayevin ailəsidir. Qubanın Hacıhüseynli kəndinin vətən yolunda canından keçən 18 şəhidindən biri.

REAL komandası olaraq ziyarət etdiyimiz hər bir şəhid ailəsində eyni mənzərənin şahidi olduq. Keçməyən övlad dərdi, titrəyən səsli ata, gözü yaşlı ana. Amma hər biri fəxrli dövlətinə minnətdar.

İndi şəhidin adını ailədə qardaşının oğlu Saleh yaşadır. Şəhidin adı həm də Hacıhüseynli kənd orta məktəbinə verilib.

Biz isə onun adına prezident İlham Əliyevin fərmanı ilə birdəfəlik ödəmənin verildiyi şəhid hərbi qulluqçuların siyahısında rast gəldik.

Bu siyahı şəhid ailələrinə diqqəti, bir də vətən uğrunda canından keçənlərin heç vaxt unudulmadığını göstərdi.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə