Rusiyada qatar sərnişin avtobusu ilə toqquşdu: ölənlər var

Rusiyada qatar sərnişin avtobusu ilə toqquşdu: ölənlər var

Rusiyanın Saratov vilayətində yük qatarının sərnişin avtobusu ilə toqquşması nəticəsində Özbəkistanın beş vətəndaşı həlak olub.

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Saratovdan Qazaxıstanın Uralsk şəhərinə gedən avtobusda, həmçinin iki Qazaxıstan vətəndaşı ölüb, iki sərnişin isə yaralanıb.

Məlumatda deyilir ki, hazırda Özbəkistan vətəndaşlarının tanınması və onların vətənə gətirilməsi istiqamətində iş aparılır.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə