Türkiyədən ABŞ və Gülənlə bağlı bəyanat (VİDEO)

Türkiyədən ABŞ və Gülənlə bağlı bəyanat (VİDEO)
Çavuşoğlu: Hər iki məsələdə 100% deyil, 1000% biz haqlıyıq

“FETÖ terror təşkilatının qaranlıq üzünü ABŞ-da Federal Təhlükəsizlik Bürosu (FTB) görməyə başlayıb, genişmiqyaslı istintaq aparılır”.

REAL xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin ABŞ-la münasibətlərində gərgin günlər yaşadığını qeyd edən Mövlud Çavuşoğlu bildirib ki, hamı bunu rahib Endryu Branson məsələsi ilə bağlamağa çalışır.

“Amma bizim münasibətlərimizi korlayan iki məsələ var. Bunlardan biri ABŞ-ın Suriyada YPG/PKK-ya dəstək verməsidir. Fərat çayının şərq sahillərində YPG/PKK-nın işğal etdiyi bölgələrdə stabilliyin təmin edilməsi bizim yol xəritəmizin bir parçasıdır. Bu məsələdə ABŞ-la birlikdə addım ata bilsək və bizim üçün təhdid olan bu terrorçuları zərərsizləşdirə bilsək ABŞ-la münasibətlərimiz daha sağlam səviyyədə ola bilər.

İkinci məsələ isə 15 iyulda hərbçi çevrilişə cəhd edən FETÖ terror təşkilatı və bunların başçısı Fətullah Gülənlə bağlı bizim göndərdiyimiz dosyelərın və ekstradisiya tələblərimizin bu günə qədər yerinə yetirilməməsidir. Bu iki ölkə arasında ciddi gərginliyə səbəb olub. Hər iki məsələdə 100% deyil, 1000% biz haqlıyıq”, - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri deyib.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə