Tbilisidə partlayış zamanı xəsarət alan azərbaycanlıların vəziyyəti ağırdır

Tbilisidə partlayış zamanı xəsarət alan azərbaycanlıların vəziyyəti ağırdır

Tbilisinin Zemo Poniçala qəsəbəsində yaşayış binasında qaz sızması səbəbindən baş vermiş partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsi üzvlərinin vəziyyəti ağır olsa da, sabitdir.

“Report”a bunu Gürcüstanın Yanıq Mərkəzindən bildiriblər.

Xəsarət alan 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsinin vəziyyətində ağırlaşma qeydə alınmayıb. Zərərçəkmişlər intensiv müalicə olunurlar. Onların vəziyyətlərinin ağırlığı iki və üçüncü dərəcəli yanıq xəsarətləri və tənəffüs yollarının yanıqları ilə əlaqədardır.

Yanıq Mərkəzindən pasientlərin müalicəsinin ilkin mərhələsinin ağır olacağı bildirilib.

Qeyd edək ki, Zemo Poniçalada doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış noyabrın 15-də səhər saatlarında baş verib. Nəticədə üç nəfər xəsarət alıb, 30 yaşlı qadın və onun 9 aylıq övladı dağıntılar altında qalaraq ölüb.

Bundan əvvəl Tbilisidə yaşayış binasında baş verən partlayışda azərbaycanlıların xəsarət aldığı məlumat verilmişdi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə