Millimiz Farer Adaları yığmasına qalib gəldi- YENİLƏNİB

Millimiz Farer Adaları yığmasına qalib gəldi- YENİLƏNİB

Qarşılaşmanın ikinci hissəsində qapılara qol vurulmayıb və oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

***

Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub.

***

Azərbaycan yığması Farer Adaları ilə qarşılaşmada hesabı açıb.

İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib - 1:0.
 

***

UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda yer alan Azərbaycan milli komandası Farer Adaları yığması ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Azərbaycan millisinin heyətində meydana Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Araz Abdullayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Mahir Mədətov, Riçard Almeyda və Təmkin Xəlilzadə çıxıb.

Farer Adaları yığmasının start heyətində isə Hunnar Nilsen, Hilli Serensen, Atli Qreqersen, Odmar Fere, Vilormur Davidsen, Rene Yonsen, Hallur Hansson, Yohan Edmundson, Brandur Hendriksson, Kay Bartalsstovu və Finnur Yustinussen yer alıb.

Qeyd edək ki, Azərbaycan – Farer Adaları oyununu Kiprdən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Dimitrios Masiasdır. Ona həmyerliləri Marios Kalogerou və İoannis Lazarou kömək edir. Dördüncü hakim funksiyasını Omiros Tziortzis yerinə yetirir. Görüşün hakim-inspektoru ukraynalı Volodimir Petrov, UEFA nümayəndəsi çexiyalı Yaroslav Dudldur.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edir.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib - 1:1.

Digər xəbərlər
Dünən
14 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə