Nazir: 9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək - VİDEO

Nazir: 9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək - VİDEO

"9 500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək".

REAL xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, 2018-ci ilin dövlət büdcəsindən birdəfəlik ödəmə üçün 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb: "Bugünədək 224 şəhid hərbi qulluqçunun 300 vərəsəsinə birdəfəlik ödəmə edilməsi üçün qərar verilib".

Nazir qeyd edib ki, gələn həftə 300-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmələrin verilməsi üçün qərar qəbul edilməsi nəzərdə tutulur: "Dekabr ayının sonuna kimi 1 000-dək şəhid vərəsəsinə ödəniş olunması nəzərdə tutulur. 2019-cu ilin sonunadək birdəfəlik ödəmələrin verilməsi prosesi bitməlidir".

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə