ABŞ nümayəndələri İrana qarşı sanksiyalarla bağlı Bakıda səfərdə olub

ABŞ nümayəndələri İrana qarşı sanksiyalarla bağlı Bakıda səfərdə olub

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək Azərbaycanda səfərdə olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, qrupun üzvləri hökumət rəsmiləri və biznes dairələrinin liderləri ilə görüşüblər. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu səfər ABŞ-ın İrana sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılan görüşlər silsiləsindən ən sonuncusu olub. 
Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. 

Nümayəndə heyəti suallara cavab verib və ABŞ-ın İranın aqressiv və stabilliyi pozan davranışını hədəf alan və rəsmi Tehranın davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıblar. Onlar həmçinin ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə ediblər.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər ediblər.

Digər xəbərlər
Bu gün
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə